Neftçala sakinindən qanunsuz ov tüfəngi götürüldü

Neftçala sakinindən qanunsuz ov tüfəngi götürüldü
SOSİAL
00:39 14.12.2021
264
Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Firudin Tağıyevdən bir ədəd müvafiq sənədləri olmayan "Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
 
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR