Neftçalada 19 yaşlı qız özünü Kürə atdı

SOSİAL
11:13 02.07.2016
3562
İntihar edən qadının meyiti sudan çıxarılıb.
Neftçala rayonunda özünü Kür çayına ataraq intihar edən 19 yaşlı qadının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri meyiti bu gün səhər saatlarında sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, iyulun 1-də saat 19:00 radələrində Neftçala rayonunun Birinci Qaralı kənd sakini Şəfa Şakir qızı Məmmədova özünü Kür çayına ataraq intihar edib.
///“Report”
OXŞAR XƏBƏRLƏR