Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapıldı

Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapıldı
SOSİAL
17:39 25.07.2019
4800
Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR