Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüblər

Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüblər
HADİSƏ
10:45 20.03.2026
143
Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

AZXEBER.COM APA-nı Mil-Muğan bürosuna istinadən xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR