Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürdü

Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürdü
SOSİAL
10:28 30.04.2022
350
Neftçala sakinini inək vuraraq öldürüb.
 
Hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R. Paşayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR