Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR

Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
SOSİAL
15:52 26.07.2025
420
Şirvan Milli Parkında "Qırmızı kitab”a düşən ceyranı ovlayan şəxslər məhkəmədə mühakimə ediliblər.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu ilin qış aylarında həbs edilən həmyerlilərin cəzası məlum olub.

Neftçala rayon sakinləri E.Əsgərov və S.Qasımov park ərazisinə daxil olaraq 3-4 yaş aralığında olan bir ceyranı vurublar. Nəticədə təbiətə 1650 manat zərər dəyib. Hər iki şəxs qrup halında qanunsuz ov etməkdə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər ikisi də məhkəmədə səhvlərini etiraf ediblər. S.Qasımov ifadəsində deyib ki, əslində əraziyə quş ovlamaq məqsədilə gediblər. Oranın qoruq ərazi olduğunu isə sonradan öyrəniblər: "Ceyranı tüfənglə E.Əsgərov vurdu. Mən həmin vaxt maşında oturmuşdum. Kisədə nəsə gətirdi. Soruşanda dedi ki, ceyran vurmuşam. Sonra ceyranı kəsib yarı böldü. Özümə düşən payı evə aparıb 4 uşağımla və digər ailə üzvlərimlə birgə bişirib yedik”.

E.Əsgərov isə hakimə deyib ki, ovladığı ceyranı atasından qorxduğu üçün evə apara bilməyib. Artıq həm də hüquq-mühafizə orqanlarının da işdən məlumatlı olduğunu öyrəndiyi üçün əti Kür çayına atıb.

Təqsirləndirilən şəxslər yekunda peşman olduqlarını dilə gətiriblər, azyaşlı övladlarının olduğunu nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan yüngül cəza istəyiblər.

Zərərçəkmiş qismində tanınmış Şirvan Milli Parkının nümayəndəsi isə digər şəxslərə nümunə olsun deyə təqsirləndirilən şəxslərin qanunauyğun cəzalandırılmasını xahiş edib.

Məhkəmə yekunda müttəhimlərin ilk dəfə cinayət törətmələrini və ailə vəziyyətlərini nəzərə alaraq onlara yüngül cəza təyin edib. E.Əsgərov və S.Qasımova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaqla nəzarət) cəzası verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
12:53 08.03.2026
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
12:50 08.03.2026
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
12:43 08.03.2026
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
12:38 08.03.2026
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
12:30 08.03.2026
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
12:22 08.03.2026
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
İranda yeni Ali Rəhbərlə bağlı razılığa gəldilər
12:12 08.03.2026
İranda yeni Ali Rəhbərlə bağlı razılığa gəldilər
İran ABŞ-nin Küveytdəki helikopter bazasına zərbə endirib
12:10 08.03.2026
İran ABŞ-nin Küveytdəki helikopter bazasına zərbə endirib
"İran peçi" faciəyə səbəb oldu
12:06 08.03.2026
"İran peçi" faciəyə səbəb oldu
Türkiyə İrana xəbərdarlıq etdi
11:58 08.03.2026
Türkiyə İrana xəbərdarlıq etdi
Osloda ABŞ səfirliyinin binası yaxınlığında PARTLAYIŞ
11:53 08.03.2026
Osloda ABŞ səfirliyinin binası yaxınlığında PARTLAYIŞ
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
11:45 08.03.2026
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Tramp: İtaliyanın baş naziri ABŞ-İsrailin İranla müharibəsində kömək etməyə hazırdır
11:36 08.03.2026
Tramp: İtaliyanın baş naziri ABŞ-İsrailin İranla müharibəsində kömək etməyə hazırdır
"Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
11:26 08.03.2026
"Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
11:21 08.03.2026
Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
11:15 08.03.2026
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir