Neftçalada tapılan meyit Bakıda itkin düşən neftçilərdən birinindir

Neftçalada tapılan meyit Bakıda itkin düşən neftçilərdən birinindir
SOSİAL
16:01 01.02.2017
858

 

Neftçalada dənizdən tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, bu gün səhər saatlarında Xəzər dənizində tapılan, ötən il dekabr ayının 15-də estakadanın Xəzər dənizinə uçması nəticəsində itkin düşmüş 9 neftçidən birinin, 60 yaşlı operator Hacıəliyev Həsənağa Hüseynağa oğlunun meyitidir.

Hazırda meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Birliyinin Salyan rayonlararası zona mərkəzinə gətirilib.

OXŞAR XƏBƏRLƏR