Neftçalada yol qəzası olub, ölən var

SOSİAL
02:03 13.01.2025
241

Neftçalada baş verən yol qəzasında bir nəfər ölüb.

Hadisə axşam saatlarında Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1968-ci il təvəllüdlü Həsənov Sərvər Gülbala oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.
///report

OXŞAR XƏBƏRLƏR