“Neftçi” 10 nəfərlə “Turan Tovuz”la heç-heçə etdi

“Neftçi” 10 nəfərlə “Turan Tovuz”la heç-heçə etdi
İDMAN
21:00 24.10.2026
137
Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi” və "Turan Tovuz” komandaları qarşılaşıb.

"Palms Sport Arena”da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşün 30-cu dəqiqəsində "Neftçi”nin futbolçusu İqor Ribeyro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, 44-cü dəqiqədə Breno Almeyda fərqlənərək meydan sahiblərini önə keçirib. Matçın 73-cü dəqiqəsində isə Aleksa Yankoviç hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi "Neftçi” 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Kurban Berdıyevin komandası "Turan Tovuz” isə 15 xalla dördüncü yerdədir.

Qeyd edək ki, günün ilk matçında "Kəpəz” səfərdə "Şəfa”ya 2:1 hesabı ilə qalib gəlib. Tura sabah yekun vurulacaq.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR