"Neftçi" futbol klubu Antalya hazırlığı çərçivəsində ikinci yoxlama oyununu keçirib.AZXEBER.COM-un məlumatına görə, komandamız Qazaxıstanın "Aktobe" klubunu 3-2 hesabı ilə məğlub edib. Flaqmanın heyətində Periko, Nikolas Kanales və Bahodir Nasimov hərəyə bir dəfə fərqləniblər. Xatırladaq ki, "Neftçi" ilk hazırlıq matçında Rusiyanın "Rotor" klubunu Bahodir Nasimovun yeganə qolu sayəsində 1:0 hesabı ilə məğlub etmişdi.