"Neftçi" Antalyada təlim-məşq toplanışına başlayıb

"Neftçi" Antalyada təlim-məşq toplanışına başlayıb
İDMAN
16:41 04.01.2017
955

Bu gün "Neftçi" klubu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb.

Klubun baş meneceri İslam Abbasovun "Report"a verdiyi məlumata görə, komanda üzvləri Belek qəsəbəsindəki otellərdən birində məskunlaşıb.

O, yeni transferlərdən Namiq Ələsgərovla Georgi Navalovskinin komanda ilə birgə olduğunu, İqnasio Herrera və Zdenek Folpextin isə hələ kollektivə qoşulmadığını deyib. İ.Abbasov Ukrayna "Stal"ında çıxış edən Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin isə "Neftçi"yə transferinin dəqiqləşmədiyini də əlavə edib.

Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində "Neftçi" ilk yoxlama matçını yanvarın 8-də Türkiyə "Sivasspor"una qarşı keçirəcək. Yanvarın 15-də rəqib Albaniyanın "Kukesi", ertəsi gün Rusiyanın "Tosno", yanvarın 18-də isə Rusiyanın "Terek" komandası olacaq.

OXŞAR XƏBƏRLƏR