"Neftçi" Azərbaycan millisinin üzvünü transfer edib

İDMAN
22:54 29.06.2024
257

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir transferini rəsmiləşdirib.

"Ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.

"Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində 4 oyuna çıxıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.

OXŞAR XƏBƏRLƏR