"Neftçi" braziliyalı futbolçu ilə vidalaşdı

İDMAN
18:42 15.02.2023
251
"Neftçi" futbolçusu Gilyerme Pato ilə vidalaşıb.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Onun ölkəsinin "Figeyrense" klubuna keçəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR