'Neftçi' çempionluğu 'təxirə saldı'

İDMAN
10:30 23.04.2012
1510
Unibank premyer liqasında 29-cu tura yekun vurulub.
AZXEBER.COM-un verdiyi xəbərə görə, “Neftçi” “Xəzər Lənkəran”a məğlub olub.Bununla “flaqman” çempionluğu rəsmiləşdirmək şansını boşa verib. “İnter” isə “Qəbələ”ni məğlub edərək 2-ci pilləyə yüksəlib.“Qarabağ” evdə acınacaqlı məğlubiyyətə uğrayıb. “Zolaqlılar” Ağdam klubunun qapısından 4 top keçirib – 4:2.İkinci “altılıq”da baş tutan qarşılaşmada AZAL “Kəpəz”i məğlub edib – 2:0.Beləliklə, “İnter” sona 3 tur qalmış “Neftçi”dən 8 xal geri qalır ki, bu da onların nəzəri çempionluq şanslarının qalması deməkdir. “Ağ-qaralar”a birinciliyi təmin etmək üçün 1 xal da kifayət edir. Belə ki, “İnter” və “Neftçi” eyni xala malik olsalar, reqlamentə görə çempionatda daha çox qələbə qazanan komanda üstün tutulur. Bu göstəricidə “Neftçi” “ağ-göylər”i qabaqlayır.18:00. “Xəzər Lənkəran” – “Neftçi” - 1:0Qol: Rikardo Qomeş, 52 (1:0)Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur FərhadovLənkəran şəhər stadionu."Xəzər Lənkəran": 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Rodomir Todorov, 81. Rikardo Qomeş"Neftçi": 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə18:30. “İnter” – “Qəbələ” - 2:1Qollar: Dodo, 8 (0:1), Nizami Hacıyev, 25 (1:1), İbrahima Niasse, 31 (2:1)Qırmızı vərəqə: Mahir Şükürov, 81 ("Qəbələ")Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov“Şəfa” stadionu.“İnter”: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandelaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse“Qəbələ”: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 77. Luiz Paulo Hillario16:00. “Kəpəz” – AZAL - 0:2Qollar: Sabir Allahquliyev, 55-avtoqol (0:1), Georgi Bogihu, 65 (0:2)Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, İsgəndər Əliyev, Feyzulla FeyzullayevGəncə şəhər stadionu.“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 12. Mesallah Eslam, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 18. Nikolay Svejentsev, 30. Yuri FomenkoAZAL: 1. Amil Ağacanov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 8. Ervin Bulku, 25. Tural Nərimanov, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 19. Hüseyn Axundov, 15. Georgi Bogihu16:00. “Qarabağ” – “Bakı” - 2:4Qollar: Denis İvanovs, 14 (0:1), Georgi Adamiya, 33 (1:1), Deyvidas Çesnauskis, 62 (1:2), Aleksandr Şoliç, 65 (1:3), Namiq Yusifov, 76-avtoqol (1:4), Muarem Muarem, 88 (2:4)Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad HəsənovAğdam rayon Quzanlı qəsəbə stadionu.“Qarabağ”: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya“Bakı”: 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Parks Vinston, 99. Rəhman Hacıyev“Simurq” - “Sumqayıt” - 2:1Qollar: Ruslan Poladov, 35 (1:0), Anatoli Doroş, 68 (2:0), Orxan Əliyev, 76 (2:1)Qırmızı vərəqə: Eşqin Quliyev, 53 ("Sumqayıt")Zaqatala şəhər stadionu.“Rəvan” – “Turan” - 2:2Qollar: Taqim Novruzov, 54-pen (1:0), Miloş Zeçeviç, 82-pen (2:0), Georgi Beriaşvili, 84 (2:1), Aleksandr Qoqoberişvili, 86-pen (2:2)Qırmızı vərəqə: Taqim Novruzov, 61 ("Rəvan")“Dalğa Arena” stadionu.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliyadakı Etna vulkanı püskürdü
15:45 13.05.2025
İtaliyadakı Etna vulkanı püskürdü
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
15:42 13.05.2025
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
15:15 13.05.2025
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
15:03 13.05.2025
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
14:54 13.05.2025
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
14:52 13.05.2025
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
14:47 13.05.2025
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
14:38 13.05.2025
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
14:33 13.05.2025
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması