“Neftçi” də faəliyyətini dayandırdı

İDMAN
15:49 14.03.2020
3633

"Neftçi” klubu fəaliyyətini dayandırıb.

AzxeberSport xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədiylə bütün fəaliyyətini bir müddətlik, müvəqqəti dayandırıb. Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR