'Neftçi' Çempionlar Liqasında mərhələ adlaya biləcəkmi?

İDMAN
15:05 23.07.2013
1246

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən titullu klub turnirində mübarizə aparan yeganə təmsilçimiz “Neftçi” də bu gün meydana çıxacaq. Bakıda keçirilən ilk matçda Albaniyanın “Skenderbeu” klubu ilə qolsuz heç-heçə edən çempionumuz mərhələ keçmək üçün səfərdə münasibətlərinə aydınlıq gətirəcək. Bu matçda baş məşqçi Böyükağa Hacıyevin yetirmələrinə ya qollu heç-heçə, ya da qələbə lazımdır. Əks təqdirdə, flaqman ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzinə düşməsini təkrarlaya bilməyəcək.  “Neftçi”nin Korça təmsilçisi ilə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Klubun eyni adlı stadionunda baş tutacaq oyunu isə Polşadan olan hakim Pavel Gil idarə edəcək.  Qeyd edək ki, bu gün “Neftçi”nin potensial rəqibləri - “Şaxtyor”la BATE də üz-üzə gələcək. İlk görüşdə belarusluları minimal hesabla məğlub edən Qazaxıstan klubu evində üstünlüyünü qorumağa çalışacaq.  Çempionlar Liqası II təsnifat mərhələsi (cavab oyunu) 23 iyul 23:00. “Skenderbeu” (Albaniya) - “Neftçi” (AZƏRBAYCAN)  Korça. “Skenderbeu” stadionu  Baş hakim: Pavel Gil Baş hakimin köməkçiləri: Piotr Sadczuk, Marcin Borkovski Dördüncü hakim: Pavel Raçkovski (hakimlər briqadası Polşadandır) UEFA nümayəndəsi: Riçard Qavrila (Slovakiya) Hakim-inspektor: Adrian D.Caşa (Malta)

OXŞAR XƏBƏRLƏR