"Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Arsenal”la (Tula, Rusiya) qarşılaşır.
AZXEBER.COM xəbər verir ki, oyun bakılıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlcə, 49-cu dəqiqədə Emin Mahmudovun gözəl ötürməsini Rauf Əliyev məntiqi sonluğa çatdırıb.
Görüşün 89-cu dəqiqəsində isə Dario Federiko "Neftçi”nin ikinci qoluna imza atıb.
Oyunda son nöqtəni Mamadu Mboc qoyub. O, görüşə əlavə edilmiş dəqiqələrdə başla vurduğu zərbə ilə fərqlənib.