"Neftçi" ilk transferini həyata keçirdi - RƏSMİ

"Neftçi" ilk transferini həyata keçirdi - RƏSMİ
İDMAN
10:33 30.12.2017
1473
"Neftçi" futbol klubu qış fasiləsində ilk transferini həyata keçirib.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. 

Tərəflərin istəyinə əsasən, mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2015-2016-cı illərdə də "Neftçi"nin şərəfini qoruyub. Onun son klubu isə "Qəbələ" olub.
OXŞAR XƏBƏRLƏR