"Neftçi” ilk yay transferini həll etdi

İDMAN
19:50 03.06.2023
236
Azərbaycan millisinin üzvü Emil Balayev "Səbail”dən ayrılacaq.

AZXEBER.COM xəbər verir ki, 29 yaşlı futbolçu azad agent kimi "Neftçi”yə keçəcək. Tərəflər artıq bütün məsələlərdə razılaşıblar. Yaxın günlərdə keçid açıqlanacaq.

"Neftçi” digər qapıçısı Aqil Məmmədovla yolları ayıracaq. Təcrübəli qolkiperin növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Araz Naxçıvan”a keçidi gündəmdədir.

Qeyd edək ki, Emil Balayev "Neftçi”nin yetirməsidir. O, 2011-2015-ci illərdə "ağ-qaralar”ın üzvü olub.
OXŞAR XƏBƏRLƏR