“Neftçi” “İmişli”ni darmadağın etdi

“Neftçi” “İmişli”ni darmadağın etdi
İDMAN
21:35 20.03.2026
228
Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Neftçi” öz meydanında "İmişli”ni sınağa çəkib. Qarşılaşma "ağ-qaralar"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra paytaxt təmsilçisi 37 xalla 6-cı, İmişlinin eyniadlı klubu isə 22 xalla 9-cudur.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında "Araz-Naxçıvan” səfərdə "Şamaxı”nı, "Zirə” "Karvan Yevlax”ı 1:0, "Sabah” evdə "Sumqayıt”ı 3:1, "Kəpəz" isə Yevlaxda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək "Turan Tovuz” – "Qəbələ” görüşü ilə yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR