Sabah Avropa Liqasının “Neftçi” ilə İtaliya “İnter”i arasındakı görüşə böyük maraq var.
Bu haqda Qol.Az-ın oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.
O qeyd edib ki, son məlumata görə, matça artıq 25 min bilet satılıb. “Bu gedişlə sabah stadionun tribunaları ağzınadək dolu olacaq” – deyə o qeyd edib.