“Neftçi” İtaliyanın “İnter” klubunun tarixə düşüb.
AZXEBER.COM-un məlumatına görə, dünən Avropa Liqasında “Neftçi”yə qarşı görüşündə İtaliya təmsilçisi UEFA bayrağı altındakı oyunlarında 500-cü qolunu vurub.
Yubiley qolunun müəllifi 30-cu dəqiqədə hesabı 0:2-yə çatdıran Joel Obi olub.
Qeyd edək ki, dünən “Neftçi” ilə oyunda “İnter” qitə miqyaslı yarışda 399-cu matçına çıxıb. Buna qədər onlar sözügedən turnirlərdə 498 qol vurmuşdu. “Neftçi” ilə matçda 3:1 hesabı ilə qalib gələn “İnter” Avropa kubokları yarışlarında rəqib qapılarından keçiridiyi qollaın sayını 501-ə çatdırıb.