Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu turnirdə son matçına çıxacaq.
Son Azərbaycan çempionu İtaliyada "İnter"in qonağı olacaq. Milan təmsilçisi üçün formal xarater daşıyan oyun "Neftçi" üçün üçüncülük baxımından mühüm əhəmiyyət kəsb edir. Böyükağa Hacıyevin komandası bu oyunda xal qazanmaqla qrupu üçüncü pillədə başa vura bilər. Lakin bunun üçün "Partizan" "Rubin"lə oyundan xalsız ayrılmalıdır.
Qeyd edək ki, H qrupundan "Rubin" və "İnter" komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.6 dekabrAvropa Liqasında VI turun oyunlarıH qrupu00:05. "İnter" (İtaliya) – "Neftçi" (Azərbaycan)00:05. "Partizan" (Serbiya) - "Rubin" (Rusiya)