'Neftçi' klubunun idman direktoru istintaqa cəlb olundu

İDMAN
17:31 03.06.2013
1265

“Xəzər Lənkəran”ın futbolçularını döyən “Neftçi”nin direktoru istintaqa cəlb olundu.

AZXEBER.COM-un apasport.az-a istinadən verdiyi xəbərə görə, futbol üzrə Azərbaycan kubokunun finalında “Tofiq Bəhramov”da qalmaqalla nəticələnən “Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı araşdırma davam edir.İnsidentin əsas iştirakçılarından sayılan “Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov istintaqa cəlb olunub.Belə ki, polis şöbəsinə çağırılan Cabbarovdan insidentlə bağlı izahat alınıb. O, “Xəzər Lənkəran”ın futbolçuları Radomir Todorovla Kamran Abdullazadəni döyməkdə günahlandırılır.Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi ilə şəhər Prokurorluğu mayın 30-da yaydığı rəsmi məlumatda faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığını bildirib.Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR