"Neftçi" Konfrans Liqasında növbəti mərhələyə yüksəldi

"Neftçi" Konfrans Liqasında növbəti mərhələyə yüksəldi
İDMAN
23:56 28.07.2022
567
"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

AZXEBER.COM xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
OXŞAR XƏBƏRLƏR