"Neftçi" möcüzə yarada bilmədi

İDMAN
07:16 09.08.2012
1442

Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" doğma meydanda İsrailin "Hapoel" klubunu qəbul edib.

Səfərdə rəqibinə 0:4 hesabı ilə uduzan son Azərbaycan çempionu işini çətinə salıb. "Neftçi" növbəti mərhələyə adlamaq üçün rəqibini 5 top fərqi ilə məğlub etməli idi.

Lakin bu görüşdə qalib müəyyənləməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar görüşdən sülhlə ayrılıblar - 2:2. Bununla da, "Neftçi" ÇL-də mübarizəni dayandırıb.

Qeyd edək ki, "Neftçi" mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR