'Neftçi' Messini transfer etmək istəyir - FOTO

İDMAN
01:01 05.08.2013
5046

Bu gün bir sıra Vyetnam saytları sensasion yazı ilə çıxış ediblər. 

Məqalələrdə Bakının "Neftçi" futbol klubunun "Barselona"nın argentinalı futbolçusu Lionel Messinin transferi üçün 250 milyon avro ödəməyə hazır olduğu bildirilir.  Vyetnam saytlarında gedən məqalədə "Neftçi"nin Messiyə ilə 30 milyon avro məvacib verəcəyi də bildirilir. Bundan başqa "Neftçi"nin prezidenti Sadıq Sadıqovun Azərbaycanda 3 ən varlı şəxsdən biri olduğu və onun 6 milyard dolları məbləğində sərvətinin olduğu bildirilir. "Neftçi" futbol klubundan isə məlumatın gülünc və qeyri-ciddi olduğu bildirilib. //Sport.1news.az

OXŞAR XƏBƏRLƏR