Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan Bakının "Neftçi"klubu tarixi ərzində ilk dəfə qrup mərhələsinin oyununa çıxacaq.
Böyükağa Hacıyevin komandası Serbiyada "Partizan"ın qonağı olacaq. Son Azərbaycan çempionunu səfərdə bir xal da qane edəcək. Lakin "Partizan"ın buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur.
Qrupun digər oyunu isə İtaliyada baş tutacaq. Burada yerli "İnter" klubu Rusiyanın "Rubin" (Kazan) komandasını sınağa çəkəcək. Milan təmsilçisi Bakı vaxtı ilə saat 00:05-də başlayacaq görüşün əsas favoriti hesab olunur.
Qeyd edək ki, Avropa Liqasında növbəti oyunlar oktyabrın 4-də keçiriləcək.
20 sentyabr
Avropa Liqasında qrup mərhələsinin oyunları
H qrupu
00:05. "İnter" (İtaliya) - "Rubin" (Rusiya)
00:05. "Partizan" (Serbiya) - "Neftçi" (AZƏRBAYCAN)