Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi” klubu "Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib. Buna səbəb Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır.
AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda problemin həlli yolunda işlər görülür:
"Təyyarənin plana əsasən, saat 11:00-da uçuş edəcəyi gözlənilir”.
Qeyd edək ki, "Neftçi” Moskvadan Tulaya avtobusla gedəcək.
Xatırladaq ki, klublar arasında ilk görüş 25 iyul saat 21:00-da Tulanın "Arsenal” stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.