'Neftçi' 'Skenderbeu' ilə oyuna qara sarğıda çıxacaq - Ağdama görə

İDMAN
15:20 23.07.2013
1204

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab matçı çərçəvisində baş tutacaq “Skenderbeu” – “Neftçi” matçında Azərbaycan təmsilçisi oyuna qara sarğı ilə çıxacaq.

Bu haqda Qol.Az-a hazırda Albaniyada olan klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O qeyd edək ki, bu gün – 23 iyul Ağdam rayonunun işğalının 20-ci illiyinə təsadüf etdiyindən “Neftçi” UEFA nümayəndələrinə müraciət edərək meydana qara sarğı ilə çıxmağı və matçdan öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azərbaycan övladlarının xatirisinin bir dəqiqəlik sükutla yad olunmasına razılıq verilməsini xahiş edib. Bu müraciətə bu gün UEFA nümayəndələri razılıq veriblər.

Beləliklə, “Neftçi” oyuna qara sarğı ilə çıxmaqla yanaşı, matçda öncə həm də şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunacaq.

OXŞAR XƏBƏRLƏR