Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" son yoxlama oyununu keçirib. AZXEBER.COM xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Osiyek" komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 0:1. Xatırladaq ki, "ağ-qaralar" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın "Radniçi NİŞ" kollektivini 3 cavabsız qolla üstələyib.