"Neftçi" tarixi uğurun astanasında

İDMAN
15:07 01.08.2012
1476

Bu axşam Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, bu mərhələdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə ilk görüşünə çıxacaq.

Daha öncə Gürcüstanın "Zestafoni" komandasını uğurla keçən son Azərbaycan çempionu bu dəfə İsraildə "Hapoel" (İroni Kiryat) klubunun qonağı olacaq.

Növbəti mərhələyə adlamaq üçün "ağ-qaralar" səfərdən sərfəli nəticə ilə ayrılmalıdır. Əks təqdirdə "Neftçi"nin Bakıda işini çətin salacaq.

Qeyd edək ki, bu komandalar arasında "Dalğa Arena"da baş tutacaq cavab görüşü isə avqustun 8-də, saat 21:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR