'Neftçi' və 'Bakı' rəsmiləri arasında əlbəyaxa dava oldu - VİDEO
İDMAN
03:44 08.06.2012
2331
U-15 liqasının dünən "Neftçi" ilə "Bakı" arasında "Dalğa" stadionunda keçirilən oyunundan dərhal sonra hər iki klubun rəsmiləri arasında ciddi insident baş verib.Qol.Az-ın məlumatına görə, "Neftçi"nin 1:0 hesabıyla qalib gəldiyi oyunda əvvəlcə hər iki komandanın futbolçuları dava salıblar. Sonra klubun rəsmiləri meydançaya daxil olublar. Bu zaman "Bakı"nın ıcraçı direktoru Yaşar Seyidovla "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev arasında əlbəyaxa dava düşüb. 15 dəqiqədən artıq davam edən insidenti yalnız polisin müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub."Bakı" klubu bu insidentə görə "Neftçi"ni, "Neftçi" isə "Bakı"nı ittiham edib.