'Neftçi' və 'Qarabağ' avrokuboklara vəsiqəni təmin etdi

İDMAN
16:08 29.04.2013
1325

Ölkəmizi avrokuboklarda təmsil edəcək 4 komandadan 2-si artiq məlumdur bunlar “Qarabağ” və “Neftçi” klublarıdır.

AZXEBER.COM-un məlumatına görə, son turda İnteri 2-0 məğlub edən “Neftçi” dördüncü pillədəki “Simurq”la xal fərqini 17-ə çatdirmaqla bu vəsiqəyə sahib olub. “Qəbələ”ni 2-0 məğlub edən “Qarabağ” isə “Simurq”la xal fərqini 14-ə çatdırıb, bu nəticəylə “Qarabağ” da avrokuboklara vəsiqəni təmin edib. İndi Qarabağ və “Neftçi” çempionluq və ya çempionlar liqasına vəsiqə uğrunda mübarizə aparırlar.

Digər iki vəsiqəyə isə 4 komanda namizəddir bunlar Premyer liqanın 3-5-ci pilləsində qərarlaşan “İnter”,” Simurq”, “Bakı” və kubokun finalına vəsiqə qazanan “Xəzər-Lənkərandı”.

Ramin

OXŞAR XƏBƏRLƏR