"Neftçi" və "Qəbələ"nin potensial rəqibləri məlum oldu

"Neftçi" və "Qəbələ"nin potensial rəqibləri məlum oldu
İDMAN
16:43 22.07.2019
3134
Bu gün Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri "Qəbələ" və "Neftçi"nin də potensial rəqibi məlum olub.

"Qırmızı-qaralar" 2-ci mərhələdə Tbilisi "Dinamo"sunu keçsə, Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq. "Neftçi" isə "Arsenal"ı (Tula, Rusiya) keçsə, İsrailin "Bney Yehuda" klubu ilə üz-üzə gələcək. İkinci mərhələni keçəcəyi təqdirdə "Qəbələ" 3-cü mərhələyə səfərdə, "Neftçi" evdə başlayacaq.

"Arsenal" (Tula, Rusiya)/"Neftçi" (Azərbaycan) cütünün qalibi - "Bney Yehuda" (İsrail) "Feyenoord" (Hollandiya)/"Qəbələ" - "Dinamo" (Tbilisi, Gürcüstan). 

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR