'Neftçi' - 'Xəzər' oyunundan sonra azarkeşlər arasında dava - FOTOLAR
İDMAN
23:29 28.05.2013
4987
Azərbaycan kubokunun bu gün baş tutan final oyunundan dərhal sonra qalmaqal baş verib. Qol.Az-ın məlumatına görə, buna “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə səbəb olub.Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra Stamenkoviçlə rəqibin futbolçuları bir-birinin ünvamına təhqirlər yağdırıb. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib.Futbolçular arasında insidenti yatirtmaq üçün hər iki klubun rəsmiləri müdaxilə edib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də VİP tribunadan düşərək futbolçuları sakitləşdirməyə çalışıb.AZXEBER.COM-un məlumatına görə, matçdan dərhal sonra azarkeşlər arasında da qarşıdurma yaranıb. Hər iki klubun fanatları dava ediblər. Matçdan sonrakı fotoları təqdim edirik: