"Neftçi"dən "Xəzər"ə bayram "hədiyyə"si 5:0

İDMAN
16:52 06.11.2011
1964
Bu gün Premyer Liqada II dövrənin I turuna yekun vurulub.  Baş tutan 2 oyundan biri Tovuzda, digəri Bakıda keçirilib. Hər 2 oyunda da paytaxt təmsilçiləri sevinib. Günün ilk görüşündə “İnter” “Turan”ı səfərdə 1:0 hesabı ilə məğlub edib. Bununla da bakılılar 3-cü pillədəki mövqeyini möhkəmlədib. Böyük maraqla gözlənilən “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması isə güclü yağış altında baş tutub. Görüş həm də qol yağışı ilə əlamətdar olub. Belə ki, “Böyük oyun”lar tarixində ilk dəfə qeydə alınan böyük hesab bakılıların 5 cavabsız qolu ilə yadda qalıb. Çempionun lideri darmadağın edib xal fərqini minimuma endirməsində əsas pay sahibi Flavinyo olub. Ötən mövsüm komandasını az qala təkbaşına çempion edən braziliyalı bu dəfə də vurduğu ilk 2 qolla qonaqların müqavimətini qırıb. Bundan sonra oyunu darmadağına aparmaq isə nisbətən asan olub.6 noyabr"TURAN" - "İNTER" - 0:1QOL: Nizami Hacıyev, 10 Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski. Tovuz. Şəhər stadionu. Tovuzdakı oyunların balansı – 10 oyun: +3=0-7 (7-22). 1999/00 – 2:1, 2000/01 – 3:1, 2003/04 – 0:3 (texniki məğlubiyyət), 2004/05 – 1:0, 2005/06 – 0:1, 2006/07 – 1:7, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:3 (təsnifat). I dövrədəki oyun – 0:1."NEFTÇİ" - "XƏZƏR LƏNKƏRAN" - 5:0QOLLAR: Flavinyo, 21, 33, Nasimov, 59, 80, Quliyev, 90+1 Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Bakıdakı oyunların balansı – 9 oyun: +3=5-1 (8-6). 2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 1:0, 2007/08 – 0:1, 2008/09 – 2:1, 2009/10 – 0:0 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat), 1:1 (“altılıq). I dövrədəki oyun – 0:1.4 noyabr"KƏPƏZ" - "BAKI" - 1:3QOLLAR: Armand Feutchine, 72 - Uinston Parks, 16, Deividas Çesnauskis, 43, Aleksandar Soliç, 66 Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov. Gəncə. Şəhər stadionu. Gəncədəki oyunların balansı: 9 oyun: +3=1-5 (11-15). 1997/98 – 1:1, 1998/99 – 2:0 (təsnifat), 3:1 (“altılıq”), 1999/00 – 2:0, 2000/01 – 1:2, 2003/04 – 1:4, 2004/05 – 0:2, 2005/06 – 0:2, 2010/11 – 1:3 (təsnifat). I dövrədəki oyun – 3:0. "RƏVAN" - "SİMURQ" - 1:1QOLLAR: Samuel Barlay, 15 - Andrey Rubin, 72Qırmızı vərəqə: Ekrem Hodziç, 56 (2-ci sarı, “Rəvan”), Vasili Yanotovski, 63 (2-ci sarı, “Simurq”) Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev. Bakı. “Dalğa Arena” stadionu. Komandalar Bakıda ilk dəfə görüşəcəklər. I dövrədəki oyun – 1:15 noyabrAZAL - "QƏBƏLƏ" - 3:0QOLLAR: Tales Şütz, 48,68, Tərlan Xəlilov, 90 Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov. Bakı. "AZAL Arena" stadionu. Bakıdakı oyunların balansı – 5 oyun: +3=1-1 (8-5). 2006/07 – 3:1, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 – 0:2 (təsnifat), 2010/11 – 2:2. (təsnifat) I dövrədəki oyun – 1:1."QARABAĞ" - "SUMQAYIT ŞƏHƏR" - 1:2QOLLAR: Leonardo Roşa, 90+1 - Kamil Nurəhmədov, 20, Murad Səttarlı, 71 Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov. Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Komandalar Ağdamda ilk dəfə görüşəcəklər.

OXŞAR XƏBƏRLƏR