'Neftçi'ni darmadağın etdilər

İDMAN
01:41 02.08.2012
1559
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Neftçi” bu gün növbəti sınağına çıxıb. Apasport.az saytının xəbərinə görə, III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İsraildə “Hapoel”in qonağı olan “ağ-qaralar” ağır məğlubiyyətlə üzləşiblər. Kiryat-Şmona təmsilçisi çempionumuzun qapısından 4 cavabsız top keçirməklə, sonuncu təsnifat mərhələsinə bir qədər də yaxınlaşıb. Hər halda, İsraildə biabırçı oyun nümayiş etdirən “Neftçi”nin cavab matçında bu darmadağının əvəzini çıxacağı real görünmür. Qarşılaşmaya gəlincə, meydan sahibləri ilk qolu 42-ci dəqiqədə vurublar. Badaş 42-ci dəqiqədə penaltidən dəqiq zərbə vurub. “Neftçi”nin ikinci hissədə bərabərlik topu vurub, səfərdən sərfəli nəticə ilə qayıtmaq cəhdi isə uğursuz alınıb. Əvəzində çempionumuz qapısında daha 3 top görüb. İkinci hissənin əvvəllərində Abuhatzira mərkəz müdafiəçisi İqor Mitreskinin səhvindən sonra topu aşırma zərbə ilə tora qovuşdurub. 73 və 76-cı dəqiqələrdə isə səhnəyə Gerziçiç çıxıb. O, qısa zaman kəsiyində dubl edərək, “Neftçi” üzərində böyük hesablı qələbəni rəsmiləşdirib. Çempionlar Liqası, III təsnifat mərhələsi İlk oyun 1 avqust “HAPOEL” (İSRAİL) – “NEFTÇİ” (AZƏRBAYCAN) - 4:0 QOLLAR: Barak Badaş, 42 (pen), Şimon Abuhatzira, 52; Brayan Gerziçiç, 73; 76 Baş hakim: Alan Kelli (İrlandiya) Hayfa. “Kiryat Eliezer” stadionu

OXŞAR XƏBƏRLƏR