Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan çempionu "Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.
Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i adlasa, "Fənərbaxça" ilə qarşılaşacaq. "Neftçi” – HİK cütünün qalibi ilk matçı səfərdə keçirəcək. Pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək.
Qeyd edək ki, "Neftçi” HİK-ə qarşı ilk oyunu avqustun 3-də, cavab görüşünü 12-də keçirəcək.