“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

İDMAN
22:32 29.10.2022
361
"Bu gün Yeqor Boqomolskiyə görə oyun sistemimizdə müəyyən dəyişiklik etmişdik”.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının XII turunda "Zirə”yə 3:0 hesablı qalib gəldikləri oyundan sonra CBC Sporta açıqlamasında deyib.

Rumıniyalı mütəxəssis qeyd edib ki, o, oyunçuları həftəboyu izləyir:

"Onlar hər gün 100% hazır olmalıdırlar. Boqomolskini hazır gördüm, hiss etdim ki, oynamaq istəyir. Ona görə də bugünkü matçın sistemini quranda Yeqoru hücumçu kimi, Kenni Sayef ilə Qodsvey Donyonu isə cinahlarda oynatmağı qərara aldıq”.

Baş məşqçi qeyd edib ki, komandanın bugünkü çıxışı ümumilikdə çox yaxşı idi:

"İlk dəqiqələrdən göstərdik ki, qələbə qazanmaq istəyirik. Oyunçularımı çox həvəsli və mübariz gördüm. Onlar bütün imkanları qola çevirmək potensialına malikdirlər. Müasir futbolda hər şəy mübarizə, qaçmaq, ruh və peşəkarlıq üzərində qurulub. Oyunçuların keyfiyyəti də bunun üstünə gəlincə belə qələbələr qazanmaq olur”.
OXŞAR XƏBƏRLƏR