"Neftçi"nin baş məşqçisi: "Hamımız çox motivasiyalıyıq"

"Neftçi"nin baş məşqçisi: "Hamımız çox motivasiyalıyıq"
İDMAN
21:22 03.08.2022
291
"Sabah bizim üçün çox çətin oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun nümayiş etditib növbəti mərələyə vəsiqə qazanaq. Bilirik ki, çox güclü rəqibdir. Amma öz oyunçularıma və azarkeşlərimizə inanıram".

Bunu "Neftçi"nin ba Bakıda Avstriyanın "Rapid" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis "Rapid"lə matçın çətin keçəcəyini bildirib: "Çox yaxşı oynayırlar. Bizim üçün asan oyun olmayacaq. Ancaq biz bu matça çox yaxşı hazırlaşmışıq. Ümidvaram ki, sabah "Aris"lə keçirdiyimiz matçdakı özünəinamı bu dəfə də göstərə biləcək. Hamımız çox motivasiyalıyıq. Qarşımıza məqsəd qoymuşuq ki, "Aris"lə Bakıdakı oyunun səviyyəsini qoruyub saxlayaq".

O, yenidən icarəyə götürülən Mərt Çəlik barədə bunları deyib: "Onun çox oyununu görməmişəm. Dünən bizə qatılıb. Bilirik ki, onun yaxşı səviyyəsi var. Eyni mövqedə oynayan futbolçularla rəqabətdən qalib ayrılmalıdır. Ona bir az da vaxt lazım olacaq. Çox sevinirəm ki, bizə qoşulub. Çünki həmin mövqedə ehtiyat oyunçuya ehtiyacımız vardı. Onu mərkəz, cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi kimi görürəm. Əgər ehtiyacımız olarsa, yeni futbolçu transfer edə bilərik".

Reqekampf Rumıniyadan futbolçu transfer etməməsinə də toxunub: "Oyunçunun milliyyəti önəm kəsb etmir. Biz futbolçu səviyyəlidirsə, onu transfer etməyə çalışacağıq".

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR