"Neftçi"nin baş məşqçisi: "Şəxsi həyatıma qarışanları başa düşə bilmədim"

"Neftçi"nin baş məşqçisi: "Şəxsi həyatıma qarışanları başa düşə bilmədim"
İDMAN
21:33 05.02.2018
1752

"Ramin Musayev böyük qardaşımdır. Açığı, qardaş qardaşdan küsə də, inciyə də bilər. Həyatda hər şey mümkündür. Küsübsə də, inciyibsə də, deməli, səbəbi var, haqlıdır. Bunu Musayevə necə deyiblərsə, çatdırıblarsa, bilmirəm". 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu "Neftçi" futbol komandasının baş məşqçisi Tərlan Əhmədov barəsində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin səsləndirdiyi iradlara münasibət bildirərkən deyib. 47 yaşlı mütəxəssis özü ilə bağlı söz-söhbətlərə belə münasibət bildirib: "Hər bir insanın fərdi həyat tərzi var. Nə narkoman, nə də əyyaşam. Ümumiyyətlə, mənim aləmimdə içki, narkotika, qumar söhbəti yoxdur. Bu səbəbdən, bir çox dostumu həyatdan silmişəm. Mənim həyatımda bunlar yoxdur".

Əhmədov son günlər şəxsi həyatının müzakirəyə çıxarılmasının əleyhinə olduğunu vurğulayıb: "Mənim şəxsi həyatım var. Bunu müzakirəyə çıxaranları, buna qarışanları başa düşə bilmədim. Niyə onlar şəxsi həyatımla bu qədər maraqlanıblar və Ramin müəllimə başqa cür çatdırıblar? Hər halda Musayev inciyibsə, haqqı var. Mən də bundan nəticə çıxaracağam. Başa düşdüyüm qədərilə insanlar cəmiyyət işə o qədər də önəm vermir, yalnız şəxsi həyatımızla maraqlanırlar. Mən heç vaxt heç kimin şəxsi həyatı ilə maraqlanmıram. Hətta görsəm belə, buna qarışmaram. Kimisə şəxsi həyatı ilə gündəmə gətirmək Allaha da xoş getməz. Gətiriblərsə də, çox sağ olsunlar, məni reklam edirlər. Amma mənim öz həyat tərzim var. Dost-tanışım da bilir ki, mən kiməm, işdən sonra hara gedə, nə edə bilərəm. Ramin müəllimə elə deyiblər. Vaxt gələr hər şey öz yoluna düşər. Onun incikliyini aradan qaldırmaq üçün addımlar atacağam. Sözü elə çatdırıblar ki, ortaya inciklik düşüb. Hər şey öz yoluna qoyulacaq".

 

"Neftçi"nin baş məşqçisinin fikrincə, Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz"lə oyunun nəticəsinin söz-söhbətə son qoyulması baxımından heç bir təsiri olmayacaq: "Bizim işimiz nəticəyə bağlıdır. Bu, elə bir söz-söhbət deyil ki, şişirdib gündəmə çıxarasan. Mən də kiminsə şəxsi həyatına girişsəm, çox şey çıxara bilərəm. Amma bu, mənim həyat tərzim deyil. Mənim necə yaşamağımın işə heç bir aidiyyatı yoxdur. Nə mənə kiminsə, nə də kiminsə mənə şəxsi həyatının aidiyyatı var. "Kəpəz" üzərində qələbə qazanıb-qazanmamağımızdan asılı olmayaraq, belə söz-söhbətlərin oyunların nəticələrinə heç bir aidiyyatı yoxdur". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib