"Qarabağ" Azərbaycan premyer Liqasının 27-ci turunda "Səbail" üzərində qazandığı 4:0 hesablı qələbə ilə çempionluğu rəsmiləşdirib.
"Qarabağ"ın futbolçusu Riçard Almeyda qarşılaşmadan sonra fikirlərini bölüşüb.
"Gözəl hisslərdir. Mən "Qarabağ"a qayıdanda "Neftçi"dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq".
30 yaşlı yarımmüdafiəçi komandasının uğur qazanmasının səbəbindən söz açıb: "Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. "Neftçi"nin çempion olması mümkün deyil. Ancaq çempionluq son oyuna qalsaydı, hər şey tamam fərqli ola bilərdi".
goal.az