"Neftçi"nin futbolçusu Azərbaycan pasportu aldı

İDMAN
19:44 21.10.2022
387
"Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.

AZXEBER.COM paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunadək komandanın heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.

Qeyd edək ki, bu ilin yanvar ayında "Neftçi”yə transfer olunmuş Azər Əliyev ağ-qara formada 22 oyun keçirib, 1 qola imza atıb.
OXŞAR XƏBƏRLƏR