"Neftçi"nin hücumçusu: "Qələbədə pay sahibi olduğum üçün çox şadam"

"Neftçi"nin hücumçusu: "Qələbədə pay sahibi olduğum üçün çox şadam"
İDMAN
13:34 24.10.2021
368
"Qol vurub, komandanın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Vacib 3 xalı əldə etdiyimiz üçün sevinirəm".

Bu fikirləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

"Ağ-qaralar"ın qələbə qoluna imza atan 26 yaşlı hücumçu daha çox oynamaq şansı qazanacağına ümid etdiyini bildirib: "Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, baş məşqçinin qərarıdır və onun seçiminə hörmətlə yanaşıram".
OXŞAR XƏBƏRLƏR