“Neftçi” Premyer Liqanın qarşıdakı oyunlarında iki aparıcı futbolçusunun ximətlərindən istifadə edə bilməyəcək.
Klubun mətbuat xidmətindən bildirilib ki, dünən AZAL-a qarşı keçirilən oyunda komandanın müdafiəçiləri Bruno Bertuççi və Tərlan Quliyev zədə alıb.Braziliyalı futbolçunun körpücük sümüyü çatladığı üçün o, bir ay yarım yaşıl meydanlardan uzaq qalacaq. Tərlan Quliyev ayağ bağlarında zədə olduğundan iki həftə oynamayacaq.