"Vaduz" "Konyaspor"a qalib gəldi

"Vaduz" "Konyaspor"a qalib gəldi
İDMAN
23:20 11.08.2022
308
"Neftçi”nin UEFA Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub.

AZXEBER.COM xəbər verir ki, "ağ-qaralar” III təsnifat mərhələsində Avstriyanın "Rapid” (Vyana) komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda Lixtenşteynin "Vaduts” klubu ilə üz-üzə gələcək.

Lixtenşteyn təmsilçisi evdəki ilk matçda 1:1 hesablı heç-heçə etdiyi "Konyaspor”u Türkiyədə üstələyib - 4:2.

Qeyd edək ki, "Neftçi” hazırda Avstriyada "Rapid”lə üz-üzə gəlir və görüşdə hesab açılmayıb. Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR