‘’Neftçi’nin oyunçuları səviyyələrinə uyğun olmayan pullar qazanırlar’

İDMAN
16:24 24.07.2013
2086

İsgəndər Cavadov: “Bu məğlubiyyət şəxsən mənim üçün çox utandırıcıdır"

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov "azerisport"a müsahibə verib.

- “Neftçi”nin Çempionlar Liqasında Albaniya “Skenderbeu”suna məğlubiyyəti barədə nə deyə bilərsiz? - “Neftçi” “Skenderbeu”nu keçməyə borclu di. Biz püşkatmadan sonra çox sevinirdik, hesab edirdik ki, keçiləsi rəqiblə düşmüşük. Amma hələ Bakıdakı ilk oyun göstərdi ki, “Neftçi”də sabitlik çatışmır. Problem nədədi, bilmirəm. Hər halda ötən mövsümlə müqayisədə çox fərqli “Neftçi” gördük. Çox təəssüf ki, belə alındı. Mən son ana qədər inanırdım ki, mərhələ keçəcəyik. - Sizcə, oyunda dönüş nöqtəsi İqor Mitreskinin qırmızı vərəqə alması oldu? - Mitreski “Neftçi”nin lideridi. O, qırmızı vərəqəni əsas vaxtın son dəqiqələrində aldı. Amma ona qədər komandamız hücum edirdi ki? Həm də 10 nəfərlə qol vurmaq olmur? - Bəs siz “Neftçi”dən nə gözləyirdiniz? - ÇL-də ən azı iki mərhələ keçəcəklərini gözləyirdim. Klub rəhbərliyi futbolçulara bu qədər maaş verir, onlarsa heç normal pulu olmayan bir komandaya uduzur. Onlar elə müdafiə olunurdular ki, sanki oyunu penaltilərə daşımaq istəyirlər. Onsuz da bu komandanı keçsəydik, Qazaxıstan “Şaxtyor”una heç nə edə bilməyəcəkdik. - Sizcə, uğursuzluğun əsas səbəbi nədi? - Komanda uduzanda məşqçilər korpusu günahkar sayılır. Onlar hazırlığa cavabdehlik daşıyırlar. Futbolçulara bu qədər pul vermək lazım deyil. Bu oyunçular öz səviyyələrinə uyğun olmayan pullar qazanırlar. Digər bir məqam da futbolçuların işə münasibətidi. Flavinyo dünən hardaydı? Ölkə çempionatında o, komandanın lideri sayıla bilər. Amma qitə arenasında o, heç nə ilə yadda qalmadı. - Deməli, bizim klubların hələ ÇL-in qrup mərhələsi haqda düşünməsi çox tezdi? - Mən hələ bu oyunlar öncəsi də demişdim ki, “Neftçi” sabit çıxış etmir. Düzdü, biz komandanın ötən mövsüm imza atdığı uğuru unutmuruq. Amma bu uğurun davamını gətirmək də lazım idi. Bunu bacarmırıqsa, ÇL-in qrup mərhələsi barədə düşünmək tezdi. - Böhrandan çıxış yolunu nədə görürsüz? - Klub problemlərini özü həll etməlidi. Onlar başa düşməlidilər ki, Azərbaycanda çempion olduqdan sonra Avropada belə uğursuz çıxış etmək olmaz. “Neftçi”nin bu məğlubiyyəti şəxsən mənim üçün çox utandırıcıdı. Vaxtı gələndə mən hər şeyi danışacağam.

OXŞAR XƏBƏRLƏR