"Şükürlər olsun, bu, uzun illərdir getdiyimiz yolun nəticəsidir".
Bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib çempion olduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
O, qələbə münasibətilə bütün "Neftçi" camiəsini təbrik edib: "Qarabağ"a da çox dağ ol deyirik. Amma bu gün "Neftçi"nin günüdür. Şəhidlərimizə, qazilərimizə, Vətən keşiyində dayananlara həsr edirik. Hər kəsi təbrik edirəm".
///Report