“Neftçi”nin prezidenti istefa verdi

İDMAN
14:53 30.03.2015
1424

Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.

Yaxın vaxtlarda istefanın səbəbləri haqda S.Sadıqovun özünün açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən“Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdəqazanıb.//qol.az

OXŞAR XƏBƏRLƏR